BP: “Şahdəniz” və “Şəfəq-Asiman” yataqları Xəzər qazının bu əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək


Digərləri 20 Fev 2019 14:52:45 207 0

BP: “Şahdəniz” və “Şəfəq-Asiman” yataqları Xəzər qazının bu əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək

Azərbaycanda “Şahdəniz” və “Şəfəq-Asiman” qaz yataqları Xəzər qazının bu əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək

Bakı. Ləman Zeynalova, Hüseyn Vəliyev - Azərbaycanda “Şahdəniz” və “Şəfəq-Asiman” qaz yataqları Xəzər qazının bu əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək. Trend-in məlumatına görə, bunu Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair keçirilən 2019-cu il sərgi-konfransında BP-nin neft quyuları üzrə vitse-prezidenti Mayk Zangi deyib. O qeyd edib ki, şirkətin Xəzər dənizində - həm “Şahdəniz” yatağında, həm də “Azəri-Çıraq-Günəşli” (AÇQ) blokunda fəaliyyəti BP-nin dünyadakı irimiqyaslı fəaliyyətini əks etdirir: