Polisdən şok məktub: 4 il əvvəl ölən adamın adına radar cəriməsi gəldi FOTO


Digərləri 20 Fev 2019 12:37:23 484 0

Polisdən şok məktub: 4 il əvvəl ölən adamın adına radar cəriməsi gəldi  FOTO

Azərbaycanda 4 il əvvəl vəfat etmiş şəxsin adına elektron protokol tərtib edilərək evinə göndərilib.

Son.az report-a istinadən bildirir ki, elektron qərarda göstərilir ki, guya Mirzəquluzadə Elxan Balağa oğlu bu il yanvar ayının 4-də Salyan yolunun 29-cu kilometrliyində Xıdırlı kəndi ərazisində "Nissan Patrol" markalı avtomobillə radara düşərək 50 manat məbləğində cərimələnib.

Qərarda iddia olunur ki, guya E.Mirzəquluzadə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci (Nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) maddəsini pozub.


Xəbərə aid fotolar