35 milyonun dinləndiyi Aysel: "Bilmirəm evim haradır, psixologiyam pozulub" FOTO


Şou-biznes 20 Fev 2019 12:40:00 283 0

35 milyonun dinləndiyi Aysel: "Bilmirəm evim haradır, psixologiyam pozulub"  FOTO

"Soyunan qızlara dəyər verirlər"

Son.az müğənni Aysel Əlizadənin axşam.az-a müsahibəsini təqdim edir:

- "Yandırdın qəlbimi" Azərbaycan sərhədlərini aşdı və Türkiyəyə keçdi. Bu sizə təkan yaratdı ki, Türkiyə şou-biznesinə qoşulasınız?

- Təbii ki, bu, sevindirici haldır. Özüm də belə nəticə gözləmirdim. Əziyyətinin bəhrəsini görürsənsə, bu, hər şeyə deyər. Hazırda 35 milyon baxış sayı var, statistikaya nəzər yetirsək, izləyənlərin 89 faizi Türkiyədəndir. Bir neçə şəhərdə konsert vermişəm. Türkiyədə İzmir, Denizli, Gaziantep və xatırlamadığın yerlərdə konsertlərim olub. Hazırda da konsert verməyə davam edirəm.   - Hazırda sizə Türkiyədə təlabat necədir? 

- Mənə Türkiyədə tələbat çoxdur. Yarı burdayam, yarı orada, get-gəldəyəm. Orada "DMC" şirkətindən, Erdem Kınaydan təklif oldu, ancaq tanıdığım şirkəti seçdim. Artıq bir neçə menecerim var. Tezliklə sinqlım çıxacaq. Bu, mənim ikinci mahnım sayılacaq. Türk dilində olacaq, çünki tələbat var. Türklər yazırlar ki, Aysel xanım, sizdən ikinci mahnı gözləyirik. Bunları oxuduqca, həyəcanlanıram, ilhamlanıram. İnşallah, bu mahnımın "Yandırdın qəlbim"i qədər nəticə almasa da, seviləcəyinə inanıram. Çünki bütün müğənnilərin pasport mahnıları olur, amma ondan sonra gələnlər birinci qədər "tutmur". İkinci, üçüncü mahnılar birinciyə çatmağa çalışır.

"BİLMİRƏM EVİM HARADIR, NECƏ YAŞAYIRAM"

- Karyeranızda olan dəyişiklik, həyatınızın axarını dəyişib. Bu, şəxsi həyatınıza necə təsir edib?

- Bu dəyişiklik mənə çox təsir edib. Psixologiyam pozulub. Bilmirsən necə yaşayırsan, sənin evin haradır? Adamın bir yeri olar. İstanbul-Bakı yollarında qalmışam. Bununla yanaşı, konsertlərlə bağlı İstanbuldan da kənara çıxıram, heç bir evdə normal şəkildə yaşaya bilmirəm. Ətrafımda xeyli yeni insanlar var. Bakıda necədirsə, İstanbulda da bir çevrəm yaranıb. Düzdür, Bakı üçün çox darıxıram. Öz insanlarımızdan aldığım enerji tamam fərqlidir. Orada da çalışırlar əyləncəli vaxt keçirim. Ancaq idmanım yarımçıq qalır, düzgün qidalanmıram. Yuxu rejimim pozulub, bütün bunlar hamısı məndə əsəb gərginliyi yaradıb.

- Burada villanız var, bəs İstanbulda necə? Harada yaşayırsınız?

- Ev kirayələmişəm, artıq həmin mənzili dəyişmək istəyirəm. Bir yerə adaptasiya olmaq, oranı tanımaq uzun zaman alır. Sonradan bilirsən ki, yaxşı yerlər haradadır. İndi daha yaxşı bir səmtə köçəcəyəm. Allah nəsib etsin öncə Bakıda şəhərdən ev alım, sonra Türkiyədən də alacam.

"SƏNƏTDƏN GETMƏK İSTƏYİRDİM"

- Buradakı tanışlarınızın Türkiyəyə getməyinizə münasibəti necədir?

- Vallah, ürəkdən sevinənlər də, sevinməyənlər də sağ olsunlar. Heç kim barəsində düşünmədiyim üçün kim nə deyirsə, ona inanıram. Bu həyatda qəlbimə görə yaşayıram. Bəzən düşünürdüm ki, ay Allah, mahnılarım niyə "tutmur"? Bəlkə də bunun bəhrəsidir ki, Allah məni sınadı və sonunda daha yaxşısını nəsib etdi. Bir də elə bir dönəmdə bu uğuru qazandım ki, həmin vaxtı sənətdən uzaqlaşmaq istəyirdim. Qərara gəlmişdim ki, sənətdən gedim, biznesimlə məşğul olum. 

"SOYUNAN QIZLARA DƏYƏR VERİRLƏR"

- Bunun səbəbi mahnılarınızın istədiyiniz kimi uğur qazanmaması idi?

- Bəli, soyumuşdum, keyfiyyətli iş görürəm, kimsə keyfiyyətsiz. Mənə dəyər verilmir, ancaq keyfiyyətsiz işlər, orada soyunan qızlara dəyər verilirdi. Səviyyəsiz, ucuz işlərə insanların meyli daha çoxdur. Klassik musiqimizə qulaq asanda zövq alıram, indi nə ritmlərdir bilmirsən, amma aləmi cənginə alıb.   Çox heyifslənirəm, kaş məktəblərdə musiqi dərslərimizi daha yaxşı keçsinlər, gənclərə təbliğ etsinlər. Burada ailənin də müəyyən rolu var... Düzdür, ailənin intellektual səviyyəsindən də çox şey asılıdır. Amma onlar da bütün günü uşağını güdə bilməz. Uşaq da öz mühitində kim nəyə qulaq asırsa, ona meyillənir. Beləliklə, zövqlər uçuruma gedir.


Xəbərə aid fotolar