Yaponiyanın qırıcı təyyarəsi dənizə düşdü


Dünya 20 Fev 2019 12:13:00 252 0

Yaponiyanın qırıcı təyyarəsi dənizə düşdü

Yaponiyanın Hərbi Hava Qüvvələrinə məxsus F-2 qırıcısı qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qırıcı səhər saatlarında Fukuoka prefekturası sahillərində dənizə düşüb.

Təyyarənin təlim-məşq uçuşu həyat keçirdiyi bildirilir. Təyyarədə olan iki pilot sağ qalıb.

Məlumata görə, səhər saatlarında təyyarə radarlardan itəndən dərhal sonra axtarış tədbirləri aparılıb.