SOCAR prezidenti: Azərbaycan son 2 ildə hasilatı artırıb


Digərləri 20 Fev 2019 12:18:09 232 0

SOCAR prezidenti: Azərbaycan son 2 ildə hasilatı artırıb

Son iki ildə SOCAR ümumi hasilat həcmini 66 faiz artırıb.

Bakı. Hüseyn Vəliyev - Son iki ildə SOCAR ümumi hasilat həcmini 66 faiz artırıb. Trend-in məlumatına görə, bu fikirlər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Bakıda Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair keçirilən 2019-cu il sərgi-konfrans iştirakçılarına ünvanladığı məktubda qeyd edilib. Məktubu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov oxuyub.