Tramp Kosmik Qüvvələrin HHQ Nazirliyinin tərkibində yaradılması barədə fərman imzalayıb


Dünya 20 Fev 2019 08:52:00 212 0

Tramp Kosmik Qüvvələrin HHQ Nazirliyinin tərkibində yaradılması barədə fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp ölkənin 6-cı Silahlı Qüvvələri hesab ediləcək Kosmik Qüvvələrin (KQ) fəaliyəti parametrləri haqqına fərman imzalayıb.

Son.az Trend-ə istinadən bildirir ki, prezident Tramp fərmanda ABŞ Konqresinə təklif edilməsi üçün Pentaqona Kosmik Qüvvələri HHQ-nin tərkibində təsdiq edəcək qanun layihəsi hazırlamağı tapşırıb.

Yeni növ Silahlı Qüvvələrin özünün Qərargah Rəisləri Komitəinsinin tərkibinə daxil olan qərargah rəisi olacaq. Bununla KQ prezident tərəfindən təyin olunan və Senat tərəfindən təsdiqlənən HHQ nazirinin tabeliyində mülki şəxs tərəfindən idarə ediləcək.