Yeni zavodların açılması Azərbaycana nə verir? Tanınmış ekspertdən tutarlı şərh


Digərləri 20 Fev 2019 07:00:00 246 0

Yeni zavodların açılması Azərbaycana nə verir?  Tanınmış ekspertdən tutarlı şərh

"Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun fəaliyyətə başlaması Azərbaycan üçün mühüm iqtisadi və sosial əhəmiyyətə malikdir. Bu zavod həm ölkənin ixrac potensialının artırılmasında, həm də məşğulluğun təmin edilməsində mühüm rol oynayacaq". Son.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Prezident İlham Əliyev Sumqayıtda "SOCAR Polymer"in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib - FOTO  İqtisadçının fikrincə, ümumiyyətlə, son vaxtlar Sumqayıtda yeni zavodların istifadəyə verilməsi Azərbaycan iqtisadiyyatı üçün çox vacib və əhəmiyyətlidir: "Yeni zavodların istifadəyə verilməsi bir tərəfdən Azərbaycanın ixrac potensialını artırır ki, bu da ölkəyə daxil olan valyutanın artması baxımından çox vacibdir. Bundan əlavə, onların böyük bir qismi qeyri-neft istiqamətində fəaliyyət göstərən zavodlardır ki, bu da qeyri-neft məhsullarının ixracatının artırılması baxımından önəmlidir.

Digər tərəfdən, zavod ölkədaxili tələbatın ödənilməsi üçün istehsal fəaliyyətini həyata keçirir, idxaldan asılılıq aradan qaldırılır. Nəzərə almaq lazımdır ki, əvvəlki zavodların da istifadəyə verilməsində əsas məqsəd daxili tələbin ödənilməsi idi. Bu da təbii ki, valyutanın ölkə daxilində qalması və idxaldan asılılığın aradan qaldırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir".

Bəziləri yenidən neftə ümid bəsləyirlər - Qiymətlər necə dəyişəcək? V.Bayramov qeyd edib ki, hər bir yeni zavodun fəaliyyətə başlaması həm də yeni iş yerləri deməkdir ki, bunun da məşğulluğun təmin edilməsinə müsbət təsirləri var: "Nəzərə almaq lazımdır ki, məşğulluq əsasən ayrı-ayrı və çox olmayan iş yerlərinin hesabına təmin olunur. Bu, dayanıqlığın təmin edilməsi və büdəcən subsidiyaların azaldılması baxımından önəm kəsb edir. Özəl sektorun iş yerləri daha dayanıqlıdır. Çünki nəticə etibarilə büdcədən asılılıq yoxdur, məhsula da daxili bazarda tələb var. Bu konteksdə özəl sektorda iş yerlərinin açılması siyasətinin davam etdirilməsi və bu istiqamətdə təşviqedici fəaliyyətin gücləndirilməsi məqsədəuyğundur.

Digər tərəfdən, burada ixtisaslı kadrlar üçün yeni iş yerləri yaranır. İxtisaslı kadrların işlə təmin olunması isə çox vacib məqamlardan və məşğulluqda həlledici faktorlardan biridir".