Nevralgiya ilə ürək ağrısını necə ayırd etməli?


Digərləri 19 Fev 2019 23:25:00 297 0

Nevralgiya ilə ürək ağrısını necə ayırd etməli?

Ürək ağrısı ilə kürəyin arxasında qabırğalararası nevralgiya ağrısını qarışdırmaq hallarına çox rast gəlinir. Bəzən insan kürəyində dəhşətli ağrı, yanğı hiss edir, gərginləşir və ürəyinin ağrıdığını, hətta infarkt olduğunu düşünür.

Çox insan bu vəziyyətin keçməsini gözləyib, təcili yardım çağırmır, bəziləri isə qorxudan tibbi yardım çağırıb, səhəri kardioloqa qaçır.

Son.az medicina.az-a istinadən bu iki halı ayırd etmək və ürəkdən qaynaqlanan ağrını vaxtında aşkarlamaq üçün nevralgiya ilə ürək ağrısını fərqləndirməyin üsulunu təqdim edir:

-Ürək ağrısında həzm sistemi də buna qoşulur. Ürəkbulanma, mədədə yanma, qaytarma və s. -Təngnəfəslik - ağrı ilə yanaşı sakit oturaq halda belə təngnəfəslik keçmirsə, insan çətin nəfəs alırsa, deməli, ağrı ürəkdəndir.