Qarındakı piyləri əridən


Digərləri 19 Fev 2019 22:35:00 195 0

Qarındakı piyləri əridən

"BMC Medicine" elmi jurnalı qarın nahiyəsindəki piylərdən qurtulmağa kömək edən qidaların siyahısını dərc edib.

Son.az ölkə.az-a istinadən  xəbər verir ki, tərkibində zülal çox olan qidalar piylərdən qurtulmağa kömək edir. Bu siyahıya yumurta və toyuğun döş əti, tuna balığı, badam, qara mərcimək daxildir. Bu qidalar maddələr mübadiləsini sürətləndirir və yeməyə olan həvəsi azaldır.

Alimlər qeyd edirlər ki, faydalı qida qəbul etməklə yanaşı, zərərli qidadan imtina etmək də lazımdır. Zülal yağları əridən molekullara görə faydalıdır. Amma onların sintez olunması üçün kifayət qədər kalori qəbul etmək vacibdir. Dietoloqlar eyni zamanda qidanın hazırlanmasına da diqqət çəkiblər.

Kaliforniya universitetinin alimləri isə qarın piyindən qurtulmaq istəyənlərə məsləhət görürlər ki, tərkibində doymuş yağ miqdarı az, sellüloz çox olan qidalara üstünlük versinlər. Belə qidalanma ürək-damar xəstəlikləri riskinin də azalmasına kömək edir.