Kanadada faciəvi yanğın: bir ailənin 7 uşağı həlak oldu


Dünya 19 Fev 2019 22:11:00 176 0

Kanadada faciəvi yanğın: bir ailənin 7 uşağı həlak oldu

Kanadanın Halifaks şəhərində yanğın nəticəsində 7 uşaq həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, faktı şəhər polisi təsdiqləyib. Yanğın şəhərin cənubunda yerləşən ikimərtəbəli evdə baş verib.

Polisin verdiyi məlumata əsasən, ölənlər bir ailənin uşaqlarıdır. Qeyd olunur ki, hadisə nəticəsində bir qadın və kişi yaralanıb, onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.