Saatlı sakinindən silahsursat götürülüb


Digərləri 19 Fev 2019 21:23:00 282 0

Saatlı sakinindən silahsursat götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Saatlı rayon sakini Aqşin Əsədov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun əlindəki torbaya baxış keçirilən zaman 1 ədəd "AK-74" markalı avtomat və ona məxsus 23 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.