İnsanın özü ilə rabitəsi necə olur?


Digərləri 19 Fev 2019 21:10:00 208 0

İnsanın özü ilə rabitəsi necə olur?

İnsanın başqa varlıqlarla rabitəsi olduğu kimi, öz nəfsi ilə də rabitəsi vardır. Bəs insanın özü ilə rabitəsi nə deməkdir? Nəfsi ilə bədəninin rabitəsidirmi?

İnsan, özünü tanımağı bacaran varlıqdır. İnsan nəfsinin bədəni barəsində agahlıqları vardır. Bununla yanaşı, insanın öz əməl və rəftarlarının keyfiyyət və necəliyinə görə də elmi vardır. İnsan, öz iradəsindən, niyyətindən, şadlığından, kədərindən və s. agahdır.

Bəzən insan özünə xəyanət edər və özünü aldadar. Bu zaman əslində özünə xəyanət edir.

İnsanın özü ilə rabitəsini iki dəstəyə bölürlər: tanıma rabitəsi və əməli rabitə. Tanıma rabitəsi odur ki, insan özünü tanısın və özü barəsində hökmlər versin. Əməli rabitə isə insanın özünə qarşı əməllərinə şamil edilir. Əmirəl-möminin (ə) buyurur: "İnsan elmində elə bu kifayətdir ki, özünü tanısın. İnsan cəhalətində elə bu kifayətdir ki, özünə qarşı cahil olsun".

Mühasibə, etiraf, tərbiyə və digərləri - bunlar o mövzulardır ki, insanın özünü tanımasına aid edilir. Özünü tanıyan insan özünü hesaba çəkər, özünün pis əməllərini etiraf edər, nəfsini islah və tərbiyə etməyə çalışar.

Əməli rabitədə isə insanın özü ilə bağlı fəaliyyətləri nəzərə alınır.

Son.az deyerler.org-a istinadən bildirir ki, insan gördüyü əməllərində ya özünə zülm edər, ya da xeyir verər. Bu səbəbdəndir ki, insanların bəziləri yaxşı əməl sahibləridir, bəziləri pis əməl sahibləri.