Təyyarədən yadplanetli gəmini lentə aldılar


Digərləri 19 Fev 2019 20:04:00 212 0

Təyyarədən yadplanetli gəmini lentə aldılar

Argentinadan Niderlanda təyyarə ilə uçan çinli Min Yan illüminatordan maraqlı görüntü qeydə alıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, təyyarədə darıxan çinli Min illüminatordan baxanda qəribə bulud görüb. Onun gördüyü bulud düz diskə bənzəyirmiş. Hadisə şahidi gördüyünü arvadına da göstərib və telefonunu çıxararaq qeydə alıb.

İnternet istifadəçilərinin əksəriyyəti video çarxda gördüklərini yadplanetli gəmi adlandırıblar. Skeptiklər isə gördüklərini lentikulyar bulud kimi qəbul ediblər. Bu tip buludlar diskəbənzər formada olur və hətta güclü külək də onları yerindən tərpədə bilmir.