Həbs olunmuş məşqçinin tələbəsi:


Digərləri 19 Fev 2019 19:19:00 224 0

Həbs olunmuş məşqçinin tələbəsi:

Son.az qadın kikboksinq millimizin kapitanı Həqiqət İldırımovanın Oxu.az-a müsahibəsi təqdim edir:

- Həbs olunmuş Anar Süleymanov sizin məşqçiniz, müəlliminiz, onun döydüyü Şamama Bayramova isə sizin komanda yoldaşınız olub. Şamama evləndikdən sonra da sizinlə məşq edirdi?

- Yox, ailə qurduqdan sonra bizimlə məşq etməyib.

- Məşq etməyinə Anar icazə vermirdi?

- Vallah, bunu dəqiq deyə bilmərəm.

- Əvvəl də məşqçinizdə şiddətə meyillilik hiss etmişdinizmi?

- İnsani baxımdan mən ondan narazı qalmamışam. Onun yanına müğənnilər, onların övladları da məşq etməyə gəlib. Ədalət Şükürov, Samirə kimi müğənnilər zalda onunla məşq edib. Əgər kimsə ondan belə hərəkət görsəydi, məşqdən uzaqlaşardı. Bu, ailədaxili söhbət olsa da, artıq ictimailəşib. Bir şilləyə görə bunu ictimailəşdirmək, Anar müəllimi PKK üzvü, manyak, mazoxist kimi təqdim etmək tək ona yox, bütün idmançılara təsir edir.

Hər bir ailədə belə söz-söhbətlər olur. Azərbaycanda boşanmaların sayı da çoxalıb. Amma bu, o demək deyil ki, hər boşanan ailə bunu ictimailəşdirməlidir.

Kim ki saytlardakı xəbərlərə Anar Süleymanovun xeyrinə "comment" yazırsa, Şamamanın yaxınları onları etikaya sığmayan şəkildə təhqir edir. Şamama onun tələbələrinə "screen"lər atır ki, baxın, görün, Anar sizin haqqınızda nə yazıb, sizə pis gözlə yanaşıb. 

Mənə də yazıb. Şamamaya dedim ki, yaxşı, bunu bir qadın olaraq başa düşdüm, amma mənə onun səni boğmağın, dilini, dırnaqlarını çıxarmağına dair şəkillərindən göstər. O mənə heç birini göstərə bilmədi. Bir-ikisini göstərdi, dırnaqlarının boyası yerində idi.