Hazırda paytaxtda sıxlıq və tıxac olan yolların SİYAHISI


Digərləri 19 Fev 2019 19:01:00 194 0

Hazırda paytaxtda sıxlıq və tıxac olan yolların SİYAHISI

Pik saatlarında yollarda müşahidə edilən sıxlıq avtobusların hərəkət intervalında müəyyən qədər gecikmələrə səbəb olur.

Bakı. Samir Əli - Pik saatlarında yollarda müşahidə edilən sıxlıq avtobusların hərəkət intervalında müəyyən qədər gecikmələrə səbəb olur. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumatda deyilir. Agentlik hazırda paytaxtda sıxlıq və tıxac müşahidə edilən yerlərin sıyahısını təqdim edib: 1. Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsünün üzərindən Hökumət Evi istiqamətində) sıxlıq 2. Koroğlu Rəhimov küçəsi (Akademik Həsən Əliyev küçəsi istiqamətində) nisbətən sıxlıq 3. Tbilisi prospekti (Hər iki istiqamətdə,20 Yanvar dairəsi və Şəhər istiqamətində) sıxlıq 4. Rəşid Behbudov küçəsi (Mərkəzi Bankın qarşısı istiqamətində) sıxlıq 5. Akademik Həsən Əliyev küçəsi (1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı,Tbilisi prospekti istiqamətində) nisbətən sıxlıq 6. 28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq 7. Ziya Bünyadov prospekti (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq,20 Yanvar dairəsi istiqamətində) sıxlıq 8. Şah İsmayıl Xətai prospekti (Azərbaycan Respublikası Təhsil Nazirliyinin qarşısı,Heydər Əliyev prospekti istiqamətində) sıxlıq