Tovuzda yük maşını aşdı, yol qısamüddətli bağlandı


Digərləri 19 Fev 2019 17:57:00 229 0

Tovuzda yük maşını aşdı, yol qısamüddətli bağlandı

Tovuz rayonunda yol qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Tovuz-Qalaboyun avtomobil yolunda qeydə alınıb. 

Belə ki, "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb və yük yerindəki mişar daşları yola dağılıb. Nəticədə 9 kəndi birləşdirən avtomobil yolu iki saata yaxın bağlı qalıb. Mişar daşları sakinlər tərəfindən kənara daşındıqdan, yük maşını isə qaldırıcı kranla götürüldükdən sonra yolu açmaq mümkün olub.

Qəza zamanı sürücü özünü kabinədən atdığından ciddi xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar