Ötən ildən axtarışda olan şəxs saxlanıldı


Digərləri 19 Fev 2019 17:25:09 191 0

Ötən ildən axtarışda olan şəxs saxlanıldı

Ötən ildən axtarışda olan şəxs saxlanılıb.

Bakı. Ötən ildən axtarışda olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarışda olan Salyan rayonu Yolüstü kənd sakini Türkel Ağarzalı saxlanılıb.