İlk qardan sonra Bakıdakı vəziyyət


Digərləri 19 Fev 2019 15:52:00 188 0

İlk qardan sonra Bakıdakı vəziyyət

Xəbər verdiyimiz kimi, bu gün Bakıya ilk qar yağıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu 8-10 dərəcə aşağı enib. Buna səbəb fevralın 19-na keçən gecədən başlayaraq, Rusiyadan hərəkət edən siklonla bağlı olan soyuq atmosfer cəbhəsinin ölkə ərazisindən keçməsidir.

Sinoptiklər bildirir ki, səhər saatlarından başlayaraq, respublika ərazisində yağıntılar kəsiləcək və havanın temperaturu bir neçə dərəcə yüksələcək.