Əhalinin banklardakı əmanətləri ilə bağlı


Digərləri 19 Fev 2019 14:57:00 208 0

Əhalinin banklardakı əmanətləri ilə bağlı

Azərbaycanda əhalinin banklara depozit qoymasını stimullaşdırmaq üçün bütün qorunan əmanətlərin sığortalanması müddəti artırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişikliklər edilib.

Bu dəyişikliklərə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 il müddətində tam sığortalanacaq. Mövcud qanunda isə bu müddət 3 ildir.