Əflatun Amaşov: Qonşu ölkələrin radiolarının Azərbaycanda yayımının qarşısı alınmalıdır


Digərləri 19 Fev 2019 14:49:00 175 0

Əflatun Amaşov: Qonşu ölkələrin radiolarının Azərbaycanda yayımının qarşısı alınmalıdır

Qonşu ölkələrin radiolarının Azərbaycanda yayımının qarşısı alınmalıdır

Bakı. Bakıdan çıxıb Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioları üstələyir. Ağsu aşırımında erməni radiosunun dalğaları eşidilir, Gəncəni keçən kimi Gürcüstanın radio dalğaları hakimdir. Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. Millət vəkili qeyd edib ki, bununla bağlı qanunvericiliyə edilən dəyişiklik vacibdir: "Hər bir ölkənin quru sərhədi olduğu kimi, informasiya məkanının da sərhədi var. Ölkəmizin gələcəyi naminə hər iki sərhədimizi qorumalıyıq. Hesab edirəm ki, bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmalıyıq”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin