İŞİDin "gəlin"i: "Qayıtmaq istəyirəm, məni bağışlayın" VİDEO FOTO


Digərləri 19 Fev 2019 13:58:00 506 0

İŞİDin "gəlin"i: "Qayıtmaq istəyirəm, məni bağışlayın"  VİDEO  FOTO

3 il əvvəl, fevralın 17-də Britaniyanı tərk edərək Suriyaya yollanan Şamima Bequm indi vətənə qayıtmaq istəyir. O, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının onlayn-rekrutinq profillərindən birindəki təbliğata uymuş və Suriyaya yollanmışdı.

Son.az Britain's Sky News-a istinadən bildirir ki, hazırda Suriya ərazisindəki qaçqın düşərgəsində olan 19 yaşlı Bequm aldandığını deyib.

"Körpəmlə birlikdə buradayam. Evə qayıtmaq istəyirəm. Lakin həyatım üçün qorxuram. Əvvəl iki uşağımı aclıq və xəstəliyə görə itirdim", - Şamima söyləyib.

Onun sözlərinə görə, baş verənlərə rəğmən britaniyalıların onu anlayışla qəbul edəcəklərinə ümid edir: "Burada terrorçuluq etməmişəm. Sadəcə, evdar xanım olmuşam".

Şamima Bequm, eyni zamanda, İŞİD-in edamlarını görüb və bu edamları da cinayət, vəhşilik saymır.

"Belə cəzalar Şəriətdə nəzərdə tutulub. Cinayət edən cəzasını almalıdır. İngiltərənin Mançester şəhərində 2017-ci ildə, Ariana Qrandenin konsertində törədilən partlayış da, əslində, Qərbin yürütdüyü siyasətə cavab idi. O partlayışda 22 nəfər həlak oldu. Həlak olanlara rəhmət diləyirəm, ancaq onlar Qərbin siyasətinin qurbanı oldular",  - Suriyanın şimalındakı Əl Holda qaçqın düşərgəsində olan Şamima Bequm deyib.