Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi


Digərləri 19 Fev 2019 12:33:00 191 0

Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

Azərbaycan Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağan edilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında yekun müzakirəyə çıxarılan yeni hazırlanmış "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında" qanun layihəsinə öz əksini tapıb.

Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd 9 maddədən ibarətdir. Onun sözlərinə görə, bu qanun Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir.

Bu layihə ilə Azərbaycanın Dövlət Gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib. Layihəyə əsasən, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.