Bakıda zəncirvari qəza:


Digərləri 19 Fev 2019 11:08:00 185 0

Bakıda zəncirvari qəza:

Ötən gecə Bakıda zəncirvari qəza baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə gecə saat 01 radələrində Ziya Bünyadov prospektində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, şəhər istiqamətində hərəkət edən "Toyota Land Cruiser", "Hyundai Elantra" və iki ədəd "Mercedes E-class" markalı 4 avtomobilin qəzaya uğramasına ilkin ehtimal kimi qarşıda olan "Mercedes"lərdən birinin sürücüsünün qəflətən əyləci basması səbəb göstərilir.

Hadisə zamanı ciddi xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.