Türkiyə parlamentinə müvəqqəti


Dünya 19 Fev 2019 10:51:31 182 0

Türkiyə parlamentinə müvəqqəti

Türkiyə parlamenti sədrinin səlahiyyətlərini müvəqqəti olaraq Milliyyətçi Hərəkat Partiyasından olan deputat Cəlal Adan icra edəcək.

Son.az report-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin istefa vermiş sədri Binəli Yıldırım fevralın 19-da səlahiyyətlərini C.Adana təhvil verib. 

Bununla bağlı keçirilən tədbirdə B.Yıldırım deyib ki, məclisə yeni sədr seçiləndək C.Adan sədr səlahiyyətlərini yerinə yetirəcək. Fevralın 24-də isə Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçiləcək.