Tovuzda tələbə qızı qaçırıb, intim fotolarla şantaj edənlər


Digərləri 19 Fev 2019 10:34:00 220 0

Tovuzda tələbə qızı qaçırıb, intim fotolarla şantaj edənlər

Tovuzda tələbə qıza qarşı seksual xarakterli hərəkətlər edən şəxslər Ali Məhkəməyə müraciət ediblər.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 150.2.1-ci maddəsi ilə təqsirləndirilən Məmmədov Kamal Əbülfət oğlu, Niyazov Elməddin İsgəndər oğlu, Rzayev Nemət Həsrət oğlu və Kərimov Mürsəl Akif oğlunun məhkəmə prosesi mart ayının 19-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək. Hadisə Tovuz rayonunun Əyyublu qəsəbəsində baş verib. Belə ki, 20 yaşlı tələbə qız G.K tətillə əlaqədar evlərində olarkən dəhşət yaşayıb. G.K həmyaşıdlarının şantajına məruz qalıb. Qəsəbənin 4 gənc sakini qızı zorlanma ilə bağlı səkilləri yaymaqla şantaj ediblər. Bir neçə dəfə qıza zəng edərək görüşə çağırıblar. Lakin G.K etiraz edib və qorxduğundan heç kimə də heç nə bildirməyib. 

İstintaq zamanı məlum olub ki, 2015-ci il martin 22-də saat 12 radələrində Məmmədov Kamil Əbülfət oğlu, Niyazov Elməddin İskəndər oğlu ilə birgə G.K-nı qaçırıb. Qızı möhkəm döyüb və ona qarşı seksual hərəkət ediblər. Daha sonra qızı nənəsigilə gətiriblər. Bir neçə saat sonra qıza zəng edərək baş verənləri çəkdiklərini bildiriblər. Əgər küçəyə çıxmazsa, fotoları yayacaqları ilə hədələyiblər. Qıza qarşı seksual hərəkət edənlər baş verən hadisəni dostları Kərimov Mürsəl Asif oğlu və Rzayev Nemət Həsrət oğluna danışıblar. Baş verənlər haqda kiməsə danışacağı halda qızı ölümlə hədələyiblər.