Bakıda zəncirvari qəza – 4 maşın bir-birinə girdi (VİDEO)


Digərləri 19 Fev 2019 10:18:47 189 0

Bakıda zəncirvari qəza – 4 maşın bir-birinə girdi (VİDEO)

Ötən gecə Bakıda zəncirvari qəza baş verib.

Bakı. Ceyhun Ələkbərov - Ötən gecə Bakıda zəncirvari qəza baş verib. Trend-in məlumatına görə, hadisə gecə saat 01 radələrində Ziya Bünyadov prospektində qeydə alınıb. Şahidlərin sözlərinə görə, şəhər istiqamətində hərəkət edən "Toyota Land Cruiser", "Hyundai Elantra" və iki ədəd "Mercedes E-class" markalı 4 avtomobilin qəzaya uğramasına ilkin ehtimal kimi qarşıda olan "Mercedes"lərdən birinin sürücüsünün qəflətən əyləci basması səbəb göstərilir.