Hindistanda toy yasa döndü: 13 nəfər ölüb, gəlin yaralanıb


Digərləri 19 Fev 2019 09:39:57 189 0

Hindistanda toy yasa döndü: 13 nəfər ölüb, gəlin yaralanıb

Hindistanın Racasthan ştatında yük avtomobilini toy mərasimi iştirakçılarının üstünə sürüblər.

Bakı. Hindistanın Racasthan ştatının Pratapqar dairəsinin Ambavali kəndində yük avtomobilini toy mərasimi iştirakçılarının üstünə sürüblər. Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 13 nəfər ölüb, 15 nəfər xəsarət alıb. İnsident axşam saatlarında toy mərasiminin iştirakçıları şose kənarı ilə yürüş edərkən baş verib.