Gələcəkdə WiFi ilə telefonların şarj problemi aradan qaldırılacaq


Digərləri 19 Fev 2019 08:46:00 223 0

Gələcəkdə WiFi ilə telefonların şarj problemi aradan qaldırılacaq

Şarj problemi yaşamasaq gözəl olmazdımı?

Bir çox insanla yanaşı bu xəbəri oxumağa başlayan hər bir oxucumuzun cavabı sözsüz ki, "Hə" olacaq. Amma təəssüflə bildirməliyik ki, hazırda belə bir şey mümkün deyil. Lakin, yaxın gələcəkdə bu problem aradan qaldırıla bilər.

Son.az chip.az-a istinadən bildirir ki, telefonda enerji bitdikdə və atrafda bu enerjini yığma imkanı olmadıqda çətin vəziyyətlərdə qala bilirik. Telefonları naqilsiz enerji ilə təmin edə bilmək sizcə necə fikirdi?

Beləki, Wi-Fi və Bluetooth-un yaydığı radio siqnallar elektromaqnit dalğalarıdır. Yəni onlar bir növ enerji daşıyıcılarıdır. Bu fikrdən yola çıxan Massachusetts Texnologiya İnstitutu (MIT) və Madrid Universitetinin tədqiqatçıları elektromaqnit dalğalarını elektrik enerjisinə çevirmək üçün bir sistem yaratdı.