Apple yeni video yayım platformasını aprel ayında təqdim edəcək


Digərləri 19 Fev 2019 08:35:00 242 0

Apple yeni video yayım platformasını aprel ayında təqdim edəcək

Apple istifadəçilərə orijinal məzmuna və digər rəqəmsal media xidmətlərinə pulsuz abunə olmaq üçün bir video platforması təqdim etməyə hazırlaşır.

Son.az chip.az-a istinadən bildirir ki, Netflix və Hulu-nun daxil olmayacağı dəqiq olan "Kanallar" adlı platformaya HBO-nun daxil ola biləcəyi haqqında məlumatlar yayımlanıb.

Apple-in aprel ayında təqdim etməsi gözlənilən yeni video yayım xidmətinə hazırlıqlar yaxın günlərdə sonlanacaq. İOS əməliyyat sistemli qurğularda istifadəçilərə rəqəmsal yayımlara abunə olmağa imkan verəcək Amazon-un Prime Video Channels adlı xidmətinə bənzəyəcək yayımların İOS TV tətbiqindən yayımlanmasına imkan verəcək. Məqsəd video, seriyal, film və bənzər məzmunlu materialların ayrı-ayrı tətbiqlər yerinə bütün platformaları tək bir tətbiqdə birləşdirməkdir.