Bakıda “Best Musicial Shows” müzikl şousu keçiriləcək FOTO


Digərləri 19 Fev 2019 08:02:00 207 0

Bakıda “Best Musicial Shows” müzikl şousu keçiriləcək  FOTO

23 Fevral Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Best Musicial Shows" müzikl şousu keçiriləcək. Şouda dünyanın ən sevilən müzikl şouları olan "Burlesque", "Moulin Rouge", "Chicago" və "The Great Gatsby" müzikllarının ən möhtəşəm hissələri nümayiş olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu şou dünyada ən yaxşı müzikllarda işləyən konferansye sənətkarın həyat hekayəsinə əsaslanır.

Böyük teatr səhnələri, aktyorların inanılmaz səsləri, göz oxşayan bəzəkləri ilə möhtəşəm kostyumlar bütün bunlar "Best Musical Shows" müzikl şousunda! İnanırıq ki, belə möhtəşəm səhnələrin birləşməsi izləyicilər tərəfindən yüksək qiymətləndiriləcək.

Layihənin təşkili Jam Group komandası tərəfindən görülür.


Xəbərə aid fotolar