Cəbəllütariq boğazında ingilis və ispan gəmiləri arasında gərginlik yaranıb


Dünya 18 Fev 2019 21:13:00 359 0

Cəbəllütariq boğazında ingilis və ispan gəmiləri arasında gərginlik yaranıb

Böyük Britaniya və İspaniya arasında 300 ildir həllini tapmayan mübahisəli Cəbəllütariq boğazında iki ölkənin hərbi gəmilərinin qarşı-qarşıya gəlməsi nəticəsində gərginlik yaranıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 17-də Cəbəllütariq boğazında üzən ticarət gəmilərinə ispan donanmasının ərazi sularını tərk etmək barədə əmr verməsindən sonra ingilis donanmasının müdaxiləsi nəticəsində qarşı tərəfin öz gəmiləri mübahisəli zonanı tərk təməli olub. Gəmilərin üz-üzə gəldiyi vəziyyətdə İspaniya donanmasının hərbi gəmilərinin silahlarının açıq olduğu və əsgərlərin döyüş vəziyyətinə gətirildiyi qeyd olunub.

Cəbəllütariq muxtar hökuməti ispan hərbi gəmilərinin ticarət gəmilərinə verdiyi əmri "axmaq addım" adlandırıb. Hökumətin təmsilçisi bəyan edib ki, BMT qətnaməsinə uyğun olaraq, bütün dünyanın İngiltərənin hegemonluğunu tanıdığı Cəbəllütariq boğazında ispan gəmilərinin oynadığı oyun quru səs-küydən başqa bir şey deyil.