30 ildə 90 qadın öldürən 78 yaşlı qatil


Dünya 18 Fev 2019 21:04:00 264 0

30 ildə 90 qadın öldürən 78 yaşlı qatil

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) qatil Samuel Littlenin öldürdüyü qadınların şəxsiyyətini təyin etmək üçün fotoları ictimaiyyətlə paylaşıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, 78 yaşlı qatil 30 il müddətinə 90 nəfəri öldürdüyünü etiraf edib.

Little törətdiyi cinayətlərə görə, ömürlük həbs cəzası alıb. Qatil bu cinayətlərini 1970-2005-ci illər arasında ABŞ-da həyata keçirib. FTB araşdırmalarına görə, qatil Littlenin əsasən kimsəsiz qadınları hədəf alıb.

FTB öldürülən qadınların kimliyini təsdiq etmək məqsədilə qatil tərəfindən onların çəkdiyi fotoları ictimaiyyətə təqdim edib:

Kaliforniyada 23-25 yaşında olan və 1996-cı ildə öldürülən ağbəniz qadının kimliyini FTB müəyyən edə bilməyib.


Xəbərə aid foto