Boşanmalar daha çox harada qeydə alınıb?


Digərləri 18 Fev 2019 20:14:00 211 0

Boşanmalar daha çox harada qeydə alınıb?

Keçən il Azərbaycanda 62 484 nikah və 14 857 boşanma halları qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

Nikahlar Kəlbəcər-Laçın (əhalinin hər min nəfərinə 6,8), Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında (6,7), Bakı şəhərində (6,6), boşanmalar isə Bakı şəhərində (2,1), Kəlbəcər-Laçın (2,0), Abşeron və Yuxarı Qarabağ iqtisadi rayonlarında (1,8) ölkə səviyyəsindən yüksək olub.