“Arvadı olmağa hazır idim, amma Arif boşanmadı…”


Digərləri 18 Fev 2019 17:49:00 205 0

“Arvadı olmağa hazır idim, amma Arif boşanmadı…”

Rusiyanın xalq artisti, kino və teatr aktrisası Tatyana Vasilyeva azərbaycanlı iş adamı Arif Ələkbərovla 16 illik gizli münasibətindən danışıb. 

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, NTV-də yayımlanan "Секрет на миллион" proqramına qonaq olarkən ilk evliliyindən sonra Moskva Satirik Teatrının sponsorlarından olan A. Ələkbərovla uzun illər sevgi münasibətində olduğunu açıqlayıb.  Aktrisa bildirib ki, sevgilisi Bakıda yaşayıb, tez-tez onu görmək üçün Moskvaya gəlib. T. Vasilyeva həmin şəxsin evli olduğunu, ona bahalı hədiyyələr gətirdiyini vurğulayıb:

"Heç vaxt mənim şəxsi həyatıma qarışmayıb. Mən indi onu tez-tez xatırlayıram. Arvadı olmağa hazır idim, ancaq Arif boşanmadı və bizim evliliyimiz alınmadı. Onun iki övladı var idi, xanımı isə bizim sevgimizdən xəbərdar olmuşdu".  

Tanınmış aktrisa qeyd edib ki, bir neçə il sonra Arif Ələkbərovla münasibətləri pozulub. Daha sonra Tatyana ikinci dəfə ailə həyatı qurub. 


Xəbərə aid fotolar