Azərbaycan bu tarixdə şpris istehsalına başlayır


Digərləri 18 Fev 2019 16:24:00 241 0

Azərbaycan bu tarixdə şpris istehsalına başlayır

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün bildirib ki, yaxın 2-3 ay ərzində ölkədə iki yeni əczaçılıq zavodu fəaliyyətə başlayacaq.

Son.az xəbər verir ki, daha öncə "Diamed" şirkətinin təsisçisi Aytən Quliyeva Trend-ə bildirimişdi ki, şpris istehsalı zavodu 2019-cu ilin martında fəaliyyətə başlayacaq.

O qeyd edib ki, zavodun fəaliyyətinin birinci ilində hədəf daxili tələbatın ödənilməsinə yönələcək:

"Şprisə illik tələbat 170 milyon ədəd təşkil edir. İlk altı ay ərzində 100 milyon şpris istehsal etməyi, daha sonra bu həcmi 150-170 milyon ədədə çatdırmağı planlaşdırırıq".