Əmək və əhalinin sosial müdafiəsi naziri Sabirabadda 4 şəhər və rayonun sakinləri ilə görüşəcək


Digərləri 18 Fev 2019 15:50:00 240 0

Əmək və əhalinin sosial müdafiəsi naziri Sabirabadda 4 şəhər və rayonun sakinləri ilə görüşəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev fevral 27-də Sabirabad rayonunda Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək.

Bakı. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev fevral 27-də Sabirabad rayonunda Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək. Trend-in məlumatına görə, qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq. Müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.