Bertold Brext Azərbaycan dilində


Digərləri 18 Fev 2019 15:17:59 308 0

Bertold Brext Azərbaycan dilində

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – məşhur dramaturq, şair, nasir, teatr nəzəriyyəçisi Bertold Brextin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Bakı. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – məşhur dramaturq, şair, nasir, teatr nəzəriyyəçisi Bertold Brextin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb. Mərkəzdən Trend-ə verilən məlumata görə, kitaba dramaturqun, dünyanın bir sıra teatrlarında tamaşaya qoyulmuş ən məşhur dörd pyesi – “Kuraj ana və uşaqları”, “Qalileyin həyatı”, “Üçquruşluq opera” və “O əsgər olmasın, bu əsgər olsun” əsərləri daxil edilib. XX əsrin əvvəllərində Avropada teatr islahatçısı kimi tanınan Brextin başlıca yaradıcı ideyası – tamaşaçının romantik emosiyalarını “cilovlamaq”, onu real həqiqətlərə dayaqlanmayan duyğusal aləmdən ayırmaqdır. Yazıçı, əsərlərində süni gərginlik yaradan qarşıdurmalardan imtina edir, dramatizmin sonqlar (nəğmələr) və parodiyalarla, birbaşa publisistik müdaxilələrlə təmin edilməsinə üstünlük verir.