Əfqanıstanın Azərbaycandakı səfiri BDU-da olub


Digərləri 18 Fev 2019 14:33:58 197 0

Əfqanıstanın Azərbaycandakı səfiri BDU-da olub

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayla görüşüb.

Bakı. Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayla görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, iki ölkə arasındakı əlaqələrin tarixi inkişafından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi nəticəsində Əfqanıstan ilə müxtəlif sahələrdə uğurlu münasibətlərdən bəhs edən F.Qurbanov elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib. Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanay, ölkələrarası münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək ortaq dəyərlərə malik olduğumuzu bildirib.