BakıŞamaxı yolunda qəza


Digərləri 18 Fev 2019 14:18:00 188 0

BakıŞamaxı yolunda qəza

Bakı-Şamaxı yolunda ağır qəza baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 17:00 radələrində Qobustan rayonunun Qobustan (keçmiş Mərəzə) qəsəbəsinin ərazisinə düşən yolda baş verib.

Rayondan Bakıya gələn "Toyota Pickup" markalı avtomobil yolda beton arakəsməyə çırpılıb. Zərbənin gücündən avtomobil iki yerə bölünüb. Hadisə nəticəsində sürücü başından xəsarətlər alıb, qəza yerinə gələn təcili tibbi yardım ona ilkin tibbi yardım göstərib.

İlkin ehtimallara görə, hadisəyə səbəb yolun buz bağlaması olub, araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin: