Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyənin təcrübəsi öyrənilir


Digərləri 18 Fev 2019 14:08:32 194 0

Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyənin təcrübəsi öyrənilir

Dövlət Gömrük Komitəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə təlim başlayıb.

Bakı. Dövlət Gömrük Komitəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə təlim başlayıb. Təlim Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulub. Trend-in məlumatına görə, tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitənin aidiyyəti qurumlarının rəhbərləri və əməkdaşları, Türkiyə Respublikası Ticarət Nazirliyinin idarə rəisi Burak Serkan Yaşar və həmin nazirliyin nümayəndələri iştirak ediblər. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov qonaqları salamlayaraq Ümumi Tranzit Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlük istiqamətində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. İsmayıl Hüseynov vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri də beynəlxalq ticarətdə Azərbaycanın rolunun artırılmasıdır. İsmayıl Hüseynov tarixi İpək Yolu üzərində hər zaman strateji mövqeyə sahib olan Azərbaycanın günümüzdə beynəlxalq ticarətdəki rolunu səciyyələndirən əsas amillərdən birinin tranzit olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan iqtisadiyyatının əsas komponentlərindən biri olan tranzitin inkişaf etdirilməsi üçün ölkədə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarəti limanı və digər layihələr reallaşdırılıb ki, bu da Şərq-Qərb ticarət dəhlizində mültimodal yüklərin asan və sürətli şəkildə daşınmasına münbit şərait yaradıb.