Paytaxtda gecə saatlarında qayda pozuntusu törədən sürücülər saxlanılıb (FOTO)


Digərləri 18 Fev 2019 13:49:09 192 0

Paytaxtda gecə saatlarında qayda pozuntusu törədən sürücülər saxlanılıb (FOTO)

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirilib.

Bakı. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirilib. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbir zamanı sərxoş, yol polisinə tabe olmayan, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən sürücülərə rast gəlinib. Qeyd edək ki, son zamanlar bəzi sürücülər avtomobilə konstruksiya dəyişikliyi etmədən maşının yük yerinə su qabları, beton qırıntıları, daş parçaları və digər ağır əşyalar yığırlar. Bununla da onlar avtomobilin ön hissəsinin qalxmasını, arxa hissəsinin isə aşağı düşməsinə nail olurlar. Tədbir zamanı bu üsulla, yəni avtomobilin yük yerinə daş parçaları yığaraq nəqliyyat vasitəsinin görünüşünü dəyişən sürücülər də aşkar edilib. Nəsimi rayonunda saxlanılan “VAZ 2107” markalı avtomobilin yük yeri yoxlanılan zaman oradan iri daş parçaları aşkar olunub.