Tanınmış şirkət direktorunun arvadının evindən 56 min manatlıq oğurluq edən xadimə məhkəmə zalında həbs edildi


Digərləri 18 Fev 2019 13:22:00 287 0

Tanınmış şirkət direktorunun arvadının evindən 56 min manatlıq oğurluq edən xadimə məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmişin vəkili vəsatət qaldırıb. O, təqsirləndirilən şəxsin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin həbs qətiman tədbiri ilə əvəz edilməsini istəyib.

Vəsatət təmin edilib. G.Piriyeva məhkəmə zalında həbs olunub.

Məhkəmənin baxış iclası fevralın 22-nə təyin edilib.