Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir?


Digərləri 18 Fev 2019 11:59:00 223 0

Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir?

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az publika.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Abbasov Fərdi Həsənağa oğlu idarə etdiyi "Porsche Cayenne GTS" markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Qala qəsəbəsi ərazisində - Mərdəkan istiqamətində gedən yolda 40-45 yaşlı qadını vurub.

Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat" markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib.

O da məlum olub ki, hadisəni törədən Abbasov Fərdi Həsənağa oğlu şirkətlərdən birində sürücü işləyir və avtomobil ona məxsus deyil.