Festival zamanı tribuna çökdü:


Dünya 18 Fev 2019 11:49:00 222 0

Festival zamanı tribuna çökdü:

Hər il fevral ayında keçirilən festival zamanı bədbəxt hadisə baş verib.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, Argentinanın Kordoba şəhərinin yaxınlığında yerləşən Villa Santa Rosada təşkil olunan karnavalda tribuna çöküb.

Şəhər meri Viktor Kieffer mətbuata açıqlamasında çökməyə səbəbin tamaşaçıların tullanıb düşməyinin olduğunu söyləyib.

Argentina polisinin verdiyi məlumata görə hadisə nəticəsində 34 nəfər xəsarət alıb.