ABŞ Suriyadakı kürdləri hansı halda dəstəkləməyəcəyini açıqladı


Dünya 18 Fev 2019 09:49:00 218 0

ABŞ Suriyadakı kürdləri hansı halda dəstəkləməyəcəyini açıqladı

Əgər Suriya Demokratik Qüvvələri (SDQ) Suriya prezidenti Bəşər Əsəd və ya Rusiya ilə əməkdaşlığa başlasa, biz onlara kömək etməkdən imtina edəcəyik.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu bəyanatı ABŞ-ın Suriya və İraqdakı terrorçu qüvvələrlə mübarizə koalisiyasının komandanı, general-leytenant Pol Lakamer verib.

"Onlar bizim tərəfdaşlarımız olduqları müddətdə, biz SDQ qüvvələrinə təlim keçəcək və silahlandıracağıq",- deyə amerikalı general bildirib.

Lakamer bildirib ki, əgər SDQ hökumət qüvvələri ilə eyni cəbhəyə keçsə, ABŞ onlara yardım etməyəcək.