Avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var


Digərləri 18 Fev 2019 08:19:00 257 0

Avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 167 km-də, rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tovuz sakini, 1972-ci il təvəllüdlü Azad Cahangir oğlu İsmayılov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib və avtomaşın yol kənarındakı dərəyə yuvarlanıb. Nəticədə A.İsmayılov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. O, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 

Hadisəyə səbəb kimi sürücünün sükan arxasında yuxulaması göstərilir.

Faktla bağlı araşdırma aparılır.