Səbir haqqında


Digərləri 17 Fev 2019 23:50:00 320 0

Səbir haqqında

Din məfhumu haqqı bilmək və ona əməl etməkdir. Dini öyrənmək və ona əməl etmək üçün mütləq səbirli olmaq lazım gəlir. İnsan öz istəyinə yalnız səbirlə yetişə bilər. İbadətlərdə, pis işləri tərk etməkdə, insanlarla davranmaqda, dünya müsibətlərini qarşılamaqda və həyat çətinliklərinə dözməkdə səbirə çox böyük ehtiyac vardır.

Uca Allah Qurani Kərimdə səbiri doxsandan çox yerdə xatırlatmışdır. Bu isə səbirli olmağın əhəmiyyətini və fəzilətini göstərir. Uca Allah buyurur: "O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!" (Məryəm, 56). Son.az zikr.az-a istinadən bildirir ki, həmçinin, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Kim səbir etməyə çalışarsa, Allah onu səbir etməyə müvəffəq edər. Bir kəsə səbirdən daha xeyirli və daha geniş pay varilməmişdir". İnsanın səbirli olmasının bir çox gözəl səmərələri vardır: Yaxşı əməllər etməkdə davamlı olmaq, belə əməlləri etməkdən yorulmamaq, dünya və axirət istəklərinə nail olmaq, həmçinin, qəzəbdən, təlaşdan və axmaqlıqdan qorunmaqla özünü idarə etmək, nəfsi pis işlərə və şəhvətlərə düşməkdən mühafizə etmək və müsibətlər baş verdikdə onu sakit qarşılamaqdır. Ömər İbn Xəttab demişdir: "Ən gözəl həyata səbirlə nail olmuşuq".