Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı


Digərləri 17 Fev 2019 22:51:00 267 0

Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı

Məktəb direktorunu döyən "Drakon" ləqəbli aktyor Rza Rzayevə cinayət işi açılıb. Son.az musavat.com-a istinadən bildirir ki, Rza Rzayevə Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmadan sonra Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxsin əməli sübuta yetirilərsə, onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

İş baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.

Rzayevin direktoru döyməsinə dair məlumatlar və görüntülər sosial şəbəkələrdə yayılmışdı.

Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş vermişdi.

Bildirək ki, bir neçə ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktor Tural Mirzəyev ilə mübahisə etmişdi.