Cəlilabadda çay daşqını: komissiya yaradılıb FOTO


Digərləri 17 Fev 2019 21:33:00 248 0

Cəlilabadda çay daşqını: komissiya yaradılıb  FOTO

Cəlilabad rayonunda intensiv yağıntılar nəticəsində ötən gün baş vermiş çay daşqını ilə əlaqədar olaraq komissiya yaradılıb.

Son.az "Report"a istinadən bildirir ki, komissiya sel sularının yaratdığı fəsadları aradan qaldırması məqsədilə Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən yaradılıb. Hazırda komissiya təsərrüfatlara dəyən ziyanı hesablayır.

Qeyd edək ki, təbiət hadisəsi ötən gün rayonun Sabirabad kəndində baş verib. Belə ki, axşam saatlarında kənd yaxınlığından keçən Qarayar çayı məcrasından çıxaraq, ətraf ərazilərdə olan evlərin həyət və zirzəmilərini basıb. Çay suları həyətyanı təssərüfata da ziyan vurub, həmçinin kənd qəbiristanlığı da su altında qalıb.


Xəbərə aid fotolar