Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı


Digərləri 17 Fev 2019 20:52:00 229 0

Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı

Bir əlində mobil telefon, digər əli ilə isə sükan tutaraq avtobusu idarə edir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu sürücü sərnişinlərin həyatını təhlükəyə atır. Hadisə Yevlax-Gəncə istiqamətinə hərəkət edən  9 nömrəli marşrut avtobusunda baş verib.

Avtobusun içərisində olan sərnişinlərdən biri bu anı telefonu ilə çəkərək Xəzər Xəbərin votsap nömrəsinə göndərib.

Görüntülərdən də bilinir ki, avtobusun sürücüsü mobil telefonla danışa-danışa avtobusu sürür. Nəticədə də o, həm özünün, həm də sərnişinlərin həyatını təhlükəyə atır.